Azərbaycan Ordusunun əsgəri olan Fariz Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsində iştirak edib. Tərtər rayonu Talış kəndi, Laçın və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşub.
3 oktyabrda düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhid Fariz Hüseynli 4 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əsgərabad kənd məzarlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Fariz Hüseynli Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra
"Vətən uğrunda" medalı ilə, Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün
"Laçının azad olunmasına görə" medalı ilə, bundan əlavə
«Suqovuşanın azad olunmasına görə» və
«İgidliyə görə» medalları ilə də təltif edilib.