Ceyhun Mirzəyev 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Ceyhun Mirzəyev 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ceyhun Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Zəngilan, Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb.
Ceyhun Mirzəyev noyabrın 9-da Laçın rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Əyyublu kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Mirzəyev ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edildi.
memorial.az