2021/04/13024-1618902819.jpg

line
Soyad: Allahverdiyev
Ad: Vilayət
Ata adı: Valeh
Doğum tarixi: 19.08.2000
Şəhid olub: 28.10.2020
Rütbə: əsgər
Təltifləri
«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
Vətən Müharibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində qəhrəmanlıq göstərmiş və şəhadət məqamına yüksəlmiş hərbçilərindən biri də əsgər Allahverdiyev Vilayət Valeh oğludur.

O, 19 avqust 2000-ci il tarixində Şəki rayonu Birinci Biləcik kəndində anadan olub. O, 2006-2017-ci illərdə Birinci Biləcik kəndindəki orta məktəbdə təhsil alıb. Tərbiyəsi, vicdanı, vətənə sevgisi və ailəyə sədaqəti ilə daim seçilirdi. 2018-ci ildə həqiqi hərbi xidmətə yollanan V. Allahverdiyev 2020-ci ildə xidmətini başa vurub.


2020-ci il sentyabr ayında başlayan 44 günlük Vətən Müharibəsi zamanı ordu sıralarına könüllü qoşulub. Onun vəzifəsi motoatıcı manqasının atıcı-sanitarı idi. Vilayət Füzuli, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə layiqincə vuruşub və Laçın uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.


Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Hərbi xidmətlərə görə" , "Cəbrayılın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" , "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.