2021/04/0843e-1618903849.jpg

line
Adı: Əhmədov
Soyadı: Nihad
Ata adı: Fuad
Doğum tarixi: 07.09.2000
Şəhid olub: 10.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Laçının azad olunmasına görə» medalı
“Mən Azərbaycan əsgəri olub, ermənilərin tankın vuraram!” arzusu ilə böyüyən Nihad Əhmədov o günləri gördü.

Astaranın Alaşa kəndi ərazi vahidliyinə daxil olan 3 kənddən biridir. Kəndin 12 övladı Şanlı Vətən müharibəsinin qalibləri sırasında yer alaraq əbədiyyətə qovuşub.

O, 2000-ci il,iyun ayının 9-da anadan olub.2015-ci ildə Alaşa kənd ümumi orta məktəbin 9-cu sinifini, 2017-ci ildə Səncərədi kənd tam orta məktəbini bitirib. Həmin il Azərbaycan Dövlət Texniki Universitetinin nəzdində olan Rabitə və Nəqliyyat Kollecinin Poçt rabitəsi şöbəsinə daxil olub. Nihad 2018-ci il oktyabrın 3-də həqiqi hərbi xidmətə çağırılıb, təmas xəttində- düşmənlə üzbəüz Tərtər bölgəsində yerləşən N saylı hərbi hissəsində xidmətə başlayıb. 2020-ci ildə xidməti borcunu layiqincə yerinə yetirən Nihad Əhmədov hərbi peşəyə marağı olduğundan müddətdən artıq xidmətə başlayaraq Goranboyda, “Həmlə” taborunda xidmətə başlayıb.
27 sentyabr 2020-ci il işğalçı erməni ordusuna qarşı əks hücum əməliyyatı zamanı döyüşə atılan igid əsgərlərimizdən biri də Nihad Fuad oğlu Əhmədov olub. Döyüş yolu Tərtər, Ağdərənin Talış kəndindən başlayan Nihad Murovdağ zirvəsinin, Suqovuşanın azad olunmasında gedən qızğın döyüşlərin fəal iştirakçısı kimi “Qlobus” koordinatı deyilən yüksəklikdə düşmənlə üz-üzə gələrək əlbəyaxa döyüşdə şəxsi nümunə göstərib, düşmənin döyüş mövqeyini darmadağın edərək, ona məxsus olan texnikanı və çoxlu sayda canlı qüvvəsini döyüş yoldaşları ilə birgə məhv edib. Sonralar Zəngilanın, Kəlbəcərin düşməndən alınmasında iştirak edib və “Pişikqaya” deyilən strateji əhəmiyyət daşıyan yerin alınmasında igidliklə vuruşub

Oktyabr ayının 10-da şəhidlik zirvəsinə ucalan qəhəman ayın 11-də Alaşa kənd qəbiristanlığında dəfn olunub.

Nihad şəhid olmamışdan bir gün qabaq evə zəng vurub anası ilə söhbət edib və deyib ki, “Ana mən hələlik sağ-salamatam düşmənləri torpağımızdan məhv edərək qovuruq. Onlar qabağımızda tab gətirə bilməyib qaçırlar, tezliklə qələbə bizimlədir.”

Ana göz yaşları içində oğlunun son dəfə dediyi sözü də təkrarladı: “Ana mən döyüşə yox, elə bir toya gedirəm. Şəhid olsam, qardaşımdan muğayat olun,özünüzü qoruyun.”

-Sonralar məlum oldu ki, oğlum Kəlbəcərin “Qaranlıq meşə” deyilən yerində 3 gün düşmən mühasirəsində olub və mühasirəni yararaq döyüş yolunu davam edib,- deyə dillənən ,ürəyinə dağ dəymiş ana qamətini dikəldərək oğlu ilə fəxr etdiyini bildirdi.


Anası Elnarə Əhmədovanın sözlərinə görə, Nihad hər zaman qəhrəmanlarımızın yolunu davam etdirmək istəyində olub. Tərtərdə Milli Qəhrəman Mübariz İbrahimovun düşmən üstünə getdiyi postda xidmət etməsi onu hərbə daha da bağlayıb. Qəti qərara gəlib ki, müddətdən artıq hərbi xidmətdə qalacaq. Şəhid anası deyir ki, özünün qeydlər elədiyi dəftərləri vardı. Hansı dəftəri açırdın görürdün yazıb “İmam Hüseynin əsgəri olmaq istəyirəm, şəhid olmaq istəyirəm”. Namaz qılan uşaq idi. Dinindən, namazından qalmazdı. Hələ uşaq olanda hərbi forma geyinərdi. Həyətdə Azərbaycan əsgərinin marşını oxuyardı. Taxtalardan özünə o qədər silah düzəldərdi ki, qoyardı çiyninə,gəzərdi. Deyərdi “Mən Azərbaycan əsgəri olaram. Erməninin tankını vuraram.O, vətənpərvər ruhda böyüyüb.”

“Məzuniyyətə gəlmişdi. Gedəndə gördüm bloknotu vardı. Onun əşyalarına dəyməyə xoşu gəlməzdi. Gördüm stolun üstündədir deyir Nihadın atası. Baxdım içində yazıb: “Ana şəhid olsam, ağlama!” . Anasını çağırdım, dedim bax, nə yazıb. Namazqılan uşaq idi. Məscidin axunduna demişdi ki,mən bayraqla qayıdaram. Ürəyinə dammışdı.”

Nihad Fuad oğlu Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Laçının azad olunmasına görə" , “Vətən uğrunda” medalları ilə təltif edilib.