2021/04/umud-1618908455.jpg

line
Adı: Hüseynov
Soyadı: İlham
Ata adı: Umud
Doğum tarixi: 08.09.2000
Şəhid olub: 10.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
İlham Umud oğlu Hüseynov 2000-ci il sentyabr 8-də Göyçay rayonunun Qarayazı kəndində anadan olub. Ən böyük arzusu işğaldakı toraqlarımızın azad olunmasında iştirak etmək idi. Arzusuna çatdı, hətta bu yolda canını fəda etdi.

İlham orta məktəbi bitirdikdən sonra 2018-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Nümunəvi xidmətlərinə görə dəfələrlə fəxri fərmanla təltif edilib.

2020-ci ilin aprelində ehtiyata buraxılan İlham Hüseynov 2020-ci ilin sentyabrın 21-də təlimlərə qatılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində isə ilk günlərdən döyüşlərdə iştirak edib. Onun döyüş yolu Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətindən başlayıb.

İlham Hüseynov sonuncu dəfə oktyabrın 2-də ailəsi ilə əlaqə saxlayıb. Oktyabrın 10-da ağır döyüşlərdə şəhadətə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" “Vətən uğrunda” medalları ilə təltif edilib.