2021/04/16146-1618919008.jpg

line
Adı: Əzizov
Soyadı: Əziz
Ata adı: Məmmədvəli
Doğum tarixi: 01.03.2000
Şəhid olub: 05.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində əldə etdiyi qələbədə, düşmənin məhv edilməsində və ərazilərimizin işğaldan azad olunmasında aktiv iştirak edən hərbçilərimizdən biri də Əzizov Əziz Məmmədvəli oğludur.

Əzizov Əziz Məmmədvəli oğlu 1 mart,2000-ci ildə Şəki şəhərinin Qayabaşı kəndində anadan olub. Orta təhsilini Qayabaşı kəndindəki orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2019-cu ilin oktyabrında hərbi xidmətini başa vurub və 2020-ci il sentyabr ayının 29-u Səfərbərlik İdarəsi tərəfindən əmisi oğlu ilə eyni gündə Qarabağ uğrunda döyüşlərə qatılıb.

Şəhid Əziz Cəbrayıl, Qubadlı, Laçın uğrunda gedən döyüşlərdə iştirak edib və noyabr ayının 5-i Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əziz Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əziz Əzizov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əziz Əzizov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əziz Əzizov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əziz Əzizov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.