2021/06/elde-1622661966.jpg

line
Soyad: Abbasov
Ad: Elşən
Ata adı: Qurban
Doğum tarixi: 30.12.1992
Şəhid olub: 28.09.2020
Rütbə: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı
Şəhid Abbasov Elşən Qurban oğlu 1992-ci il dekabrın 30-da Beyləqan rayonunun Birinci Şahsevən kəndində sadə, zəhmətkeş kəndli ailəsində dünyaya gəlib.

Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qatılan Elşənin tuşlayıcı-operatoru olduğu "BTR-82" zirehli döyüş maşını 28 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində Qorqan kəndi uğrunda gedən döyüşlərdə faqotla vurulmuş və qəhrəmanımız şəhidlik zirvəsinə ucalmışdır. O, sentyabrın 29-da doğulduğu Birinci Şahsevən kəndində torpağa tapşırılmışdır.

Şəhidimiz ailəli idi, Narınc Asiya adlı iki qız övladı var.

Elşən Abbasov döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə ölümündən sonra dövlət başçısı tərəfindən "Vətən uğrunda" "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Şəhidimizin adına atası Qurban kişi həmin küçədə yaşayan kənd sakinlərinin içməli su problemini həll etmək üçün bulaq tikdirib. Allah Şəhid Atasının ehsanını qəbul etsin!