Nicat Nəsibov 1986-cı ilin 9 may tarixində Azərbaycan SSR-nin Goranboy rayonunun Borsunlu kəndində anadan olub. 1993-cü ildə Goranboy rayonu Borsunlu kənd orta məktəbində təhsil almağa başlayıb və 2003-cü ildə həmin məktəbdən məzun olub.
Azərbaycan Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ildə yenidən ordu sıralarına qayıtmış, bu səfər MAXE hərbi qulluqçusu kimi xidmətinə davam etmişdir.
Nicat Nəsibov 27 sentyabr tarixində Azərbaycan-Ermənistan arasında başlanmış İkinci Qarabağ müharibəsi müharibəsində ilk günlərdən etibarən iştirak etmişdir. MAXE hərbi qulluqçu Nəsibov Füzuli şəhərinin azad edilməsi uğrunda keçirilən Füzuli əməliyyatının gedişatında baş verən şiddətli döyüşlərdə, 30 sentyabr tarixində şəhid olub.
2020-ci ilin 1 oktyabr tarixində Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kənd inzibati ərazi dairəsində yerləşən kənd məzarlığında dəfn edilib.
Ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.