Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran, müqəddəs Vətən torpağını düşmən tapdağından qurtaran, uca şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd oğullarımızdan biri də əsgər Samir Abbasovdur.
Samir Adəm oğlu Abbasov 2001-ci il avqustun 24-də Şabran rayonu Uzunboyad kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.
Samir Vətən müharibəsində igidlik göstərərək Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
13 oktyabrda Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra
"İgidliyə görə" ,
"Laçının azad olunmasına görə" ,
"Suqovuşanın azad olunmasına görə" və
“Vətən uğrunda” medalları ilə təltif edilib.