Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək Şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də əsgər Xalid Kamranlıdır.
Kamranlı Xalid Kazım oğlu 23 sentyabr 1999-cu il tarixində İmişli rayonunda anadan olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Kamranlı Xalid 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb.Tərxis olunmasına iki ay qalmış 15 oktyabr 2020-ci il tarixində Talış kəndi uğurunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdı.
Xalid Kamranlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə" görə, "Laçının" azad olunması medalı, "Suqovuşanın" azad olunması medalı, “Vətən uğrunda” medalı ilə təltif edilib.
Qeyd edək ki, Xalid Kamranlı Dövlət Turizm Agentliyinin tabeliyindəki Mingəçevir Turizm Kollecinin şəhid olan 5 tələbəsindən biri idi.