Cəlil və əkiz qardaşı Xəlil 8 avqust 1998-ci ildə Neftçala rayonunun Şorkənd kəndində anadan olub. 2004-2015-ci illərdə Salyan şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. Kiçik yaşlarından sərbəst güləşlə məşğul olub, bir sıra idman yarışlarında iştirak edib.
Hərbi xidməti başa vurduqdan sonra hər iki qardaş silahlı qüvvələrdə müddətdən artıq hərbi qlluqçu kimi xidmət etməyə başlayıblar.Hər ikisi kəşfiyyatçı olub. Qardaşlar valideynlərinə deyiblərmiş ki, hər ikimizin kəşfiyyatçı kimi xidmət etməsinə komandanlığın razılığını almaq çıx çətinliklə başa gəlidi. Çünki kəşfiyyatçı hər an ölümlə üzləşir. Müharibə başlayandan sonra qardaşlar valideynlərinə deyiblərmiş ki, hər gün bir-birimizlə danışıb halallaşırıq.
Cəlil 16 oktyabr tarixdə Ağdərə yolunun üzərindəki Tonaşen kəndi yaxınlığında kəşfiyyatda olarkən düşmənin snayper gülləsinə tuş gələrək şəhid olub. Qardaşı Xəlil onun kəşfiyyatdan qayıdanların arasında olmadığını gördükdə döyüşçü dostları ona “Xəlil, başın sağ olsun” deyib. Xəlil cavab verib: “Vətən sağ olsun. İndiyədək 17 nəfər belə qardaşımı itirmişəm”.
Cəlil şəhid olduqdan sonra onun nəşini geri gətirə bilməyən kəşfiyyatçılar şəhidin üzərindən təkcə onun telefonunu və sənədlərini götürərək Xəlilə təhvil veriblər. Xəlil həmin telefondan kəndə zəng vuraraq qardaşının şəhid olduğunu xəbər verib. Ona görə də kənddə əvvəlcə əkiz qardaşlardan Xəlilin şəhid olması xəbəri yayılıb.
“Xəlil mənə zəng vuraraq bildirdi ki, burda əmanətim qalıb, götürüb kəndə qayıdacağam. Sən demə, əmanət dedikdə o, qardaşının nəşini nəzərdə tuturdu”,-şəhid atası deyir.
Cəlilin nəşini isə neytral ərazidən yalnız 1 ay 6 gün sonra götürmək mümkün olub. Onun tabutunu fəxrlə çiyninə almış əkiz qardaşı Xəlilin qürurlu görünüşü sosial şəbəkələrdə ən çox paylaşılan şəkillərdəndəndir.
Atası
Sulduz kişi : “Qarabağda alınan hər qarış torpaq balalarımızın qanı ilə yoğrulub.Həyatda ən böyük arzum müharibə başa çatdıqdan sonra həmin torpaqları gəzib ziyarət etməkdir. Mən fəxr edirəm ki, oğlum millətimin namusu uğrunda şəhid oldu”
Şəhidin anası da eyni fikirdədir, oğlunun Vətən yolunda şəhid olmasından qürur duyduğunu deyir: “ Bir ana kimi fəxr edirəm ki, balam Vətən yolunda gedib. Hələ uşaqlıqdan hər iki balamın arzusu döyüşçü olub itirilmiş torpaqları geri almaq idi. Onlar arzularına çatdılar. Əkiz oğlanlarımın biri şəhid, o biri qazi oldu”.
Əkiz qardaşını doğma kəndində torpağa tapşıran Xəlil isə yenidən cəbhəyə qayıdıb, hazırda Şuşadadır…
Cəlil Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra
"İgidliyə görə" ,
"Laçının azad olunmasına görə" m,
"Suqovuşanın azad olunmasına görə" ,
“Vətən uğrunda” medalları ilə təltif edilib.