2021/09/Isaba-1632747101.jpg

line
Adı: İsabala
Soyadı: Hüseynov
Ata adı: Ceyhun
Doğum tarixi: 15.09.2001
Rütbəsi: əsgər
Təltifləri
«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
İsabala Ceyhun oğlu Hüseynov 2001- ci ildə Bakıda doğulub. Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman işləri üzrə 16 nömrəli Peşə Liseyinin tələbəsi olan İsabalanın qismətində şəhidlik də varmış.

Ailəsinin dediklərinə görə elə bu istəklə də cəbhəyə yollanıb. Əvvəlcə Gəncə şəhərində N saylı hərbi hisssədə mütləq həqiqi hərbi xidmətdə olan İsabala, İkinci Qarabağ müharibəsi başlayandan döyüşlərə atılıb.

O, Cəbrayılın, Füzulinin, Zəngilanın, Laçının azad edilməsi uğrunda gedən döyüşüb. Müharibənin ən qızğın dövründə vuruşan İsabalaya qələbə xəbərini eşitmək nəsib olmayıb. Cəmi 4 gün onu bu qələbə sevincdən ayırıb.

2020-ci il noyabrın 4-də Laçın istiqamətində gedən döyüşlərdə şəhadətə qovuşan İsabalanın elə son sözü biz ölərik, təki vətən sağolsun sözləri olub.

Qəhrəmanımızın həm də yaxşı əl qabilliyyyəti var imiş. Ağacdan oyma sənəti ilə düzəltdiyi biri-birindən gözəl sənət əsərlərinə baxanda insanın qəlbi dağa dönür. Çünki o əllər adi quru ağaca sanki bir həyat verib.

İsabalanın atası Ceyhun Hüseynov Birinci Qarabağ müharibəsinin döyüşçüsü olub. O, oğlunun şəhadətə qovuşmasından qürurla danışıb: “Oğlum vətən uğrunda bu dünyanın əbədiyyətinə qovuşdu”.

Ailənin böyük övladı olan İsabalanın otağındakı paltarları və əşyaları ananın qoxulaya bildiyi, ətrini aldığı qiymətli bir xəzinəyə çevrilib sanki....

19 yaşlı şəhid ölümündən sonra "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə" "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.