2021/09/12968-1632906649.jpg

line
Adı: Hüseynov
Soyadı: Əsgər
Ata adı: Vaqif
Doğum tarixi: 23.12.1998
Şəhid olub: 25.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı
Əsgər Hüseynov 1998-ci il dekabrın 23-də tarixində Balakən rayonunun Kortala kəndində anadan olub.

Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alan Əsgər Hüseynov 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Əsgər Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Hüseynov oktyabrın 25-də Xocavənd döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əsgər Hüseynov ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Əsgərin döyüş yoldaşı, qazi Asif Məmmədovun dediklərindən: "Döyüş gedirdi. Mən qolumdan və ayağımdan yaralandım. Əsgər məni belinə alıb, döyüş meydanından çıxarib qoydu. Ayağımı və qolumu sarıdı, yanıma isə qumbara qoyaraq, aşağıdakıları söylədi: "Mən gedirəm 6-7 erməni qalıb, onları öldürməyə. Gəlib səni aparacam. Sənin övladların var, qoymaram ki sən Şəhid olasan. Əgər gələ bilməsəm, erməninin gəldiyini görsən, qumbaranı partlat, düşmənə əsir düşmə." Asif Məmmədov daha sonra bildirir ki, Əsgər tək məni yox, onlarla digər yaralı döyüş yoldaşımızı da xilas edib".