2021/06/ehm-1624010597.jpg

line
Adı: Mollaçiyev
Soyadı: Əhməd
Ata adı: Rəcəb
Doğum tarixi: 02.11.1997
Şəhid olub: 25.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Əhməd Mollaçiyev 1997-ci il noyabrın 2-də Balakən rayonunun Mollaçıbinə kəndində anadan olub.

2004-2013-cü illərdə Ə.Şirinov adına Qaravəli kənd tam orta məktəbində təhsil alıb.

Əhməd Mollaçiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

Əhməd Mollaçiyev 2016-ci ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əhməd Mollaçiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.

Əhməd Mollaçiyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Mollaçıbinə kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Mollaçiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Bundan başqa Əhməd Mollaçiyev Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Mollaçiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Şəhid, həmçinin, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə də təltif edilmişdir.

memorial.az