2021/09/suley-1632162566.jpg

line
Soyad: Allahverdiyev
Ad: Süleyman
Ata adı: Etibar
Doğum tarixi: 22.09.1996
Şəhid olub: 08.10.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Allahverdiyev Süleyman Etibar oğlu 22 sentyabr, 1996-cı ildə Bərdə rayonunda anadan olub. Ailəsi Ağdam rayonunun Xıdırlı kəndindən məcburi köçkün düşərək, Bərdədə məskunlaşıb. 2013-cü ildə Ağdam rayon 3 saylı köçkün tam orta məktəbin məzunu olub və hərbi xidmətə yollanıb.

Süleyman 2016-ci ildə Aprel döyüşlərinin də fəal iştirakçısı olub.


II Qarabağ müharibəsi başlayarkən Süleyman könüllü döyüşə yollanıb. 8 oktyabr, 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra " Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.