2021/09/Nemet-1631833533.jpg

line
Soyad: Abbasov
Ad: Nemət
Ata adı: Elçin
Doğum tarixi: 04.08.1996
Şəhid olub: 27.10.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Nemət Elçin oğlu Abbasov 4 avqust 1996-ci ildə Ağdaş şəhərində anadan olub.

Nemət Abbasov 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinə qatılıb, Füzuli, Cəbrayıl və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 27-də Füzulidə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nemət Abbasov ölümündən sonra "Vətən uğrunda" "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.