2021/04/12596-1619067115.jpg

line
Soyad: Ağayev
Ad: Şahin
Ata adı: Azər
Doğum tarixi: 13.12.1992
Şəhid olub: 25.10.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
Şahin Ağayev 13 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olub. 2000-2011-ci illərdə Bakı şəhəri, 286 saylı orta məktəbdə təhsil alıb.2011-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyasına qəbul olub, 2016-cı ildə Akademiyanı pilot ixtisası üzrə qırmızı diplomla bitirib.

2016-2017-ci illərdə Füzuli rayonunun Şükürbəyli kəndində hərbi xidmətdə olub.

Şahin Ağayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsinə Yasamal Rayonu hərbi komisarlığı tərəfindən çagrılıb.

Azərbaycan Ordusunun əsgəri olan Şahin Ağayev Vətən müharibəsində qatılıb. O, oktyabrın 25-də Qubadlıda şəhid olub.

Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.