2021/04/Scree-1619081332.jpg

line
Soyad: Zəkiyev
Ad: Rameş
Ata adı: Gülverdi
Doğum tarixi: 27.06.2001
Şəhid olub: 15.10.2020
Rütbə: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Ağdamın azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
Rameş Gülverdi oğlu Zəkiyev 27 iyun 2001-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olmuşdur. 10 yaşı olanda atası Gülverdi Zəkiyev vəfat etmişdir. Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə yollanmışdır. Həqiqi hərbi xidmət müddətində Ağdam rayonunun Baharlı kəndində xidmət etmişdir.

Ailənin böyük övladı olan Rameş uşaqlıqdan idmanla məşğul olub.

Peşəkar boksçu olan R. Zəkiyev dəfələrlə idman yarışlarına qatılıb və uğurlar əldə edib. Azərbaycan birinciliyində hər zaman iştirak edən boksçu 2016-cı ildə ölkəmizi Rusiyada da təmsil edib.

27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində iştirak edən Rameş Zəkiyev Ağdam istiqamətində gedən döyüşlərdə minaatan olaraq döyüşmüşdür. 15 oktyabr 2020-ci ildə səhər saatlarında Ağdam rayonunun Hacıməmmədli kəndində minamyot mərmisinin düşməsi nəticəsində 2 döyüşçü yoldaşı ilə birgə şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rameş Zəkiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

- Vətən müharibəsi iştirakçısı
- Ağdamın azad olması
- Vətən uğrunda