Azərbaycan Ordusunun qəhrəman əsgəri olan Gülşad 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gülşad Xəlilov oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. Qəhrəmanımız Masallı rayonunda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Gülşad Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
memorial.az