Xidmət müddəti bitdikdən sonra gizirlik kursunu uğurla başa vuraraq yenidən ordu sıralarına qayıdıb və elə o gündən də Silahlı Qüvvələrimizin nəzdində fəaliyyət göstərməyə başlayıb.
Sentyabrın 27-si müharibə başlayanda o da ön xətdə düşmənlə üz-üzə döyüşən igidlərimizdən biri olub. Bir neçə rayonumuzun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Lakin, təəssüflər olsun ki, düşmən mərmisi gizir Mikayılovu hədəf alıb və o ağır qəlpə yaralarından həyatını itirib, şəhid olub.
Şəhidimizin nəşi doğulduğu Kürdəmir rayonuna gətirilib və Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
- Vətən müharibəsi iştirakçısı
- Ağdamın azad olması
- Vətən uğrunda
memorial.az