2021/04/12103-1619096157.jpg

line
Adı: Məhəmməd
Soyadı: Məmmədov
Ata adı: Zakir
Doğum tarixi: 27.01.1994
Şəhid olub: 06.10.2020
Rütbəsi: Leytenant
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Məhəmməd Məmmədovdur.

Məhəmməd Zakir oğlu Məmmədov 1994-cü il yanvarın 27-də Qazax rayonunun Alpout kəndində anadan olub.

2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında "Tarix-coğrafiya müəllimliyi" üzrə ali təhsil alıb.

Azərbaycan Ordusunun leytenantı olan Məhəmməd Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmməd Məmmədov oktyabrın 6-da Ağdərə istiqamətində şəhid olub. Qazax rayonunda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunması", "Suqovuşanın azad olunması" “Vətən uğrunda” medalları ilə təltif edilib.