2021/03/Scree-1615537941.jpg

line
Adı: Məmmədov
Soyadı: Tural
Ata adı: Arif
Doğum tarixi: 01.01.1995
Şəhid olub: 28.10.2020
Rütbəsi: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı

Tankının qabağına mina zərərsizləşdirmək üçün qurğu taxaraq döyüşlərin ilk günündən yüksək məharəti ilə seçilib. İki dəfə ağır yaralansada "mən döyüşçü qardaşlarımın yanında olmalıya" deyən cəsur Oğuz sakini Tural Məmmədovun ən böyük arzusu Azərbaycan torpaqlarını azad görmək idi. Nişanlı idi, bəy olmağa hazırlaşırdı. Taleyi onu ən uca zirvələrə yüksəltdi.


Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Tural Məmmədovdur.
Tural Arif oğlu Məmmədov 1 May 1995-ci ildə Oğuz rayonunun Sincan kəndində dünyaya gəlib. 2001-ci illərdə şəhid Əsabəli Abdulhüseynov adına Sincan kənd tam orta məktəbinə daxil olmuşdur. 2012-ci ildə məktəbi bitirmişdir.

Tural Məmmədov 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Əsgəri xidmətini başa vursa da Azərbaycan Ordusunda xidmətini davam etdirmişdir. Tural Məmmədov 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Tural Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak etmişdir. Tank komandiri kimi Ohanyan səddini aşanlardan olub. Düşmənin 30 ilə yaxın min bir tələlər, minalar düzdüyü səddi xüsusi qurğu qurulmuş tankla keçərək döyüş yoldaşlarına yol açmaq qorxmaz komandirin polad iradəsi olub. Tural Məmmədov Suqovuşanın, Talış kəndinin azad olunması uğrundakı döyüşlərdə iki dəfə yaralanmış, həkimdən icazəsi olmasına baxmayaraq yenidən döyüşlərə qatılıb .

Tural Məmmədov nişanlı olub, valideynləri onun toyuna hazırlaşarkən o 28 oktyabrda
Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur.
Tural Məmmədov oktyabrın 29-da Oğuz rayonunun Sincan kəndində dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra " İgidliyə görə", "Laçının azad olunması", "Suqovuşanın azad olunması" “Vətən uğrunda” medalları ilə təltif edilib.