2021/09/osman-1632862531.jpg

line
Adı: Osman
Soyadı: Cəfər
Ata adı: Elsevər
Doğum tarixi: 17.06.1998
Şəhid olub: 04.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
Zəfər Müharibəsində əldə etdiyimiz parlaq qələbə heç də asan başa gəlməyib. Bu yolda minlərlə igidimiz şəhid olub. Onlardan biri də, Laçın Dəhlizində həlak olan Osman Cəfərdir.

İmişlidə böyüyüb, Laçında əbədiyyət qazanan 22 yaşlı gənc şəhidimiz Osman Cəfər Elsevər oğlu 1998-ci il,17 iyunda İmişli rayonunun Otuzikilər kəndində doğulub. Orta təhsilini doğulduğu kənddə alıb.

2020-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetindən məzun olan Osman Cəfər həmin il Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

II Qarabağ Müharibəsində xüsusi igidlik göstərən Osman, Azərbaycanın işğal altında olan Cəbrayıl və Qubadlı rayonlarının alınmasında iştirak edib. 2020-ci il, noyabrın 4-də Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Osmanın nəşi 26 noyabr, 2020-ci ildə doğulduğu İmişli rayonuna gətirilib və orada dəfn edilib.



Ölümündən sonra Osman Cəfər Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə," 29.12.2020-ci il tarixli Sərəncamına əsasən" Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə," 30.12.2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.