2021/04/15872-1619154514.jpg

line
Soyad: Balakişiyev
Ad: Zamin
Ata adı: Dadaş
Doğum tarixi: 27.04.2001
Şəhid olub: 07.03.2021
Rütbə: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
Zamin Dadaş oğlu Balakişiyev 2001-ci ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Talış və Suqovuşan yaşayış məntəqələrinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

Zamin Balakişiyev oktyabrın 8-də ağır yaralanaraq, tibb müəssisəsinə yerləşdirilib. Uzun müddət koma vəziyyətinə düşən əsgərin həyatının xilas etmək mümkün olmayıb. Zamin Balakişiyev 7 mart 2021-ci ildə şəhidlik zirvəsinə yüksəlib.

20 yaşlı şəhid Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında torpağa tapşırılıb.

Zamin Balakişiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", “Vətən uğrunda” medalları ilə təltif edilib.