Vahid Alıyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda Füzuli istiqamətində döyüş əməliyyatlarında iştirak edib. Öz vəzifə borcunu şərəflə yerinə yetirən
Vahid oktyabrın 2-də elə Füzuli döyüşlərinin birində şəhid olub.
Baş gizir Vahid Alıyev Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə
”Vətən uğrunda” və
“Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin iki övladı yadigar qalıb.