2021/04/16072-1619187723.jpg

line
Adı: Məmmədov
Soyadı: Elşad
Ata adı: Əvəz
Doğum tarixi: 02.07.1990
Şəhid olub: 26.10.2020
Rütbəsi: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı

Əslən Ağdamın Mərzili kəndindən olan Məmmədov Elşad Əvəzoğlu 1990-cı ilin 7 iyulunda Beyləqan rayon Təzəkənd kəndində dünyaya gəlib. Beyləqan rayon Təzəkənd kənd orta məktəbində orta təhsilini başa vuran Elşad Məmmədov hərbi xidmətə yollanır. Müəllim olan ata-anası Elşada hərbi xidməti başa vurduqdan sonra universitetə hazırlaşmağı məsləhət görsə də, şəhdimiz "Biz niyə ata-baba yurdumuza getmirik? Axı biz qarabağlıyıq" deyib. Valideyinləri ona "İnşallah, o gün də gələcək" desə də, Elşad fikrindən dönməyib və hərbi sahəyə yönəlib.

Murov zirvəsinə təyin olunan Elşad Məmmədov 5,6 il MAXE olaraq arxa cəbhədə xidmət edir. 27 sentyabrda Vətən müharibəsi başladıqdan sonra isə Murovdan ön cəbhəyə yazılmaq üçün komandirə müraciət edir. Komandir "Hələ səfərbərlik elan olunmayıb, olunsa sənin adını yazaram" desə də, Elşad bununla razılaşmayıb və könüllü ön cəbhəyə yazılıb. Komandirə isə "Atamgil zəng eləsə, burda olduğumu deyin" deyərək xahiş edib.

27 sentyabrdan könüllü olaraq ön cəbhədə döyüşlərə qatılan Elşad Məmmədov 26 oktyabrda Füzuli rayonun Əbdülrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
2 ildi evli olan şəhidin 1 yaşında qızı var.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.