Orduda çavuş olan Fariz Babayev Vətən müharibəsi zamanı Füzuli, Hadrut və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 3-də Şuşa döyüşləri zamanı Daşaltı istiqamətində şəhid olub. Şəhid Fariz Füzuli rayonunun Bala Bəhmənli kəndində dəfn edilib.
Pərviz və
Fidan adlı 2 övladı Vətənə yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi və düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyi üçün İlham Əliyevin Sərəncamına əsasən Fariz Babayev ölümündən sonra
"Vətən uğrunda" və
"Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Çavuş Babayev, həmçinin Xocavənd, Füzul rayonları və Şuşa şəhərinin işğaldan azad edilməsində şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin Sərəncamları əsasında ölümündən sonra
"Xocavəndin azad olunmasına görə" ,
"Füzulinin azad olunmasına görə" və
"Şuşanın azad olunmasına görə" medalları ilə də təltif edilib.