2021/04/Araz_-1619373439.jpg

line
Soyad: Baxşəliyev
Ad: Araz
Ata adı: Yavər
Doğum tarixi: 18.09.1993
Şəhid olub: 28.09.2020
Rütbə: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Araz Baxşəliyev 1993-cü il sentyabrın 18-də Horadiz şəhərində anadan olub. 1999-2010-cu illərdə M.Səfərov adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb.

2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq Minaatıcı Taborda Bölüyün Komandiri vəzifəsində xidmət edib.

Azərbaycan Ordusunun çavuşu Araz Baxşəliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəmizdə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 28-də Füzuli döyüşləri zamanı Aşağı Seyidəhmədli istiqamətində şəhid olub. Horadiz şəhərində torpağa tapşırılıb.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Baxşəliyev ölümündən sonra "Vətən uğrunda", 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" , 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.