2021/04/z-7sf-3238760398.jpg

line
Adı: Nəcəfov
Soyadı: İlkin
Ata adı: Misir
Doğum tarixi: 17.11.1989
Rütbəsi: Kapitan
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı

30 ilə yaxın həsrətdən sonra hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini darmadağın edərək uzun illərdən bəri düşmən tapdağında olan tarixi dədə-baba torpaqlarımızı işğaldan azad etdi.

44 gün davam edən Vətən Müharibəsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.

memorial.az xəbər verir ki, onlardan biri də Nəcəfov İlkin Misir oğludur.

Şəhid 1989-cu il, noyabrın 17-də Salyan rayonu Şikarlı kəndində anadan olub. O, 2007-ci ildə orta məktəbi bitirib Heydər Əliyev adina Ali hərbi məktəbə daxil olub. Ilkin 2011-2012-ci illərdə leytenant kimi zabitləri təkmilləşdirmə kursunu uğurla bitirib və Tərtər rayonunda yerləşən N-saylı hərbi hissədə xidmət göstərib.

İlkin Nəcəfov Aprel döyüşlərində də iştirak edib. O, həmin döyüşlər zamanı Ağdamın Süsənli kəndi ətrafında gedən hərbi əməliyyatda iştirak edib. Elə həmin il 26 iyun Silahlı qüvvələrin yaranmasının ildönümü münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda, nizam-intizamda əldə etdiyi yüksək nəaliyyətlərə görə Fəxri fərmanla təltif olunub.

Şəhid 2018-cil il 26 iyun Azərbaycan ordusunun 100 illiyi ”Yubiley Medalı” və Azərbaycan Respublikasına Qüsursuz xidmətinə görə 3-cü dərəcəli medalla təltif olunub. 2019-cu ildə ona “kapitan” rütbəsi verilib.

2020-ci il sentyabr ayının 27-i xidmət etdiyi hərbi hissədən cəbhəyə yollanıb və Füzuli istiqamətində gedən düyüşlərdə qəhrəmancasına iştirak edib.

İlkinin ailəsi onun cəbhədə olmasından xəbərsiz olub. Anası ilə telefonla danışan zaman təlim keçdiyini bildirib.

Döyüşlər zamanı düşmənin bir çox hərbi qulluqçusunu, o cümlədən, hərbi texnikasını məhv edib.

O, ən son əmisi oğlu ilə telefonla danışıb və bildirib ki, narahat olmasınlar, hər şey yaxşı olacaq.

Oktyabrın 16-də Hadrut istiqamətində gedən döyüşlərdə yaralanmış əsgərini döyüş meydanından çıxararkən qərəmancasına şəhid olub.

Şəhidin bir oğul övladı var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müfaviq sərəncamları ilə İlkin Nəcəfov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.