Azərbaycan Ordusunun ehtiyatda olan baş-leytenantı Hikmət Səfərov könüllü qeydiyatdan keçərək elan olumuş səfərbərliklə orduya çağrılıb və 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində qəhrəmancasına iştirak edib. Hikmət Səfərov Suqovuşan uğrunda döyüşdə ağır yaralanıb, uzun müddət komada qalandan sonra dekabın 8-də şəhid olub. Dekabrın 9-da yüksək rütbəli ordu mənsublarının, müvafiq rayon - şəhər icra nümayəndələrinin və ailə üzvlərinin iştirakı ilə II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Səfərov ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Səfərov ölümündən sonra
"Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi
Hikmət Səfərov "Suqovuşanın azad olunmasına görə" medalı,
"Rəşadət" ordeni ,
"Vətən müharibəsi iştirakçısı" medalı,
"Cəsur döyüşçü" medalı ilə də təltif olunub.