«Rəşadət» ordeni
Azərbaycan Respublikasının “Rəşadət” ordeni 2017-ci il 17 noyabr tarixli 884-VQD nömrəli Qanun ilə təsdiq edilib. “Rəşadət” ordeninin üç dərəcəsi var. 1-ci dərəcəli “Rəşadət” ordeni ən yüksək dərəcəlidir. Ordeninin dərəcələri ardıcıllıqla verilir. “Rəşadət” ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı xidmətlərinə görə təltif edilirlər: - Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə; - Əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə; - Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə görə; - Həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə; - Fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə görə; - Dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.
«Rəşadət» ordeninə layiq görülən qəhrəmanlarımız
Asif Azayev: "3-cü taborun Atası"
Bayram Babaşov: 3 saata təkbaşına 30 düşmən məhv edib
Rəşad Budaqov:Yaralı halda döyüşərək, yoldaşlarını tək qoymayıb
Orxan Daşdəmirov: Vətən Müharibəsinin ikinci günündə şəhadətə yetişib
Telman Ələkbərov: Vətən müharibəsinin igid baş leytenantı
Samir Əliyev: "Vətən, sənə canım fəda!"
Fuad Haşımov: Vətən Müharibəsinin futbolçusu
Elşad Həsənov: Göyçə həsrətindən Qarabağ şəhadətinə
Türkay Hüseynli: “Xüsusi təyinatlı illərlə yaşayır, lakin bir dəfə lazım olur..."
Rəfail Hüseynov: "Geri qayıtmıram, dəstək yollayın, yoluma davam edəcəyəm..."
Nurlan Hüseynov: Düşmənin kabusuna çevrilən “Qartal” ləqəbli xüsusi təyinatlı
Əlövsət İbrahimov: “Şəhid verməyən xalqın mənliyi olmaz” deyən kiçik gizir
Tərlan Kərimov : Füzuli rayonu istiqamətində şəhid oldu
Zaur Kərimov: “Rəşadət” ordenli şəhid əsgər
Əliyev Məmməd: Kəlbəcərdə ruhu göylərə ucalan baş leytenant
Nicat Məmmədli: Suqovuşanda şəhadətə qovuşub
Sübhan Məmmədli: Ruhu önündə səcdə etdiyimiz şəhidimiz
Kənan Məmmədov: "Erməni dilini mükəmməl bilirdi"
Cavad Məmmədov: Murovdağ uğrunda gedən döyüşlərdə şəhid olan zabit
Qəzənfər Məmmədov: DİN-in Daxili Qoşunlarının leytenantı
Mübariz İbrahimov: Milli Qəhrəmanın qəhrəman adaşı
Təhmasib Mustafayev: DİN-in Daxili Qoşunlarının baş leytenantı
Yusif Nağıyev: Döyüş meydanından böyük şücaət göstərən əsgərimiz
Təhmasib Qarayev: “Rəşadət” ordenli çavuş
Elməddin Qəhrəmanov: Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olan gənc leytenant
Rəvan Şahmuradov: Füzuli üçün canından keçdi
Xəzri Sarıyev: Düşmənin xeyli sayda canlı qüvvəsini məhv edən əsgər
Məhəmməd Şəbiyev: Düşmənə meydan oxuyan qəhrəman
Hikmət Səfərov: Ehtiyatda olan baş-leytenantın şəhidlik yolu
Şirəliyev Niyət : Düşmənə ağır zərbə vuran zabit
Elvin Şükürlü: Kəlbəcər istiqamətində şəhid olan leytenant
Allahyar Telmanlı: Vətən üçün canını fəda etdi
Elzamin Təhməzov: 400 əsgəri xilas edən polkovnik-leytenant
İbrahim Vəlizadə: Həyat yoldaşının ad günündə nəşi gətirilən şəhid
Mədət Xankişiyev: Erməni batalyonunu batıran oğlan
Nicat Xələfov: Şuşa döyüşlərinin qəhrəmanı
Coşqun Xəlilov: Füzuli döyüşlərinin qəhrəman şəhidi
Elzar Yusubov: Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib
Fikrət Zeynalov: Düşmənin 93 hərbçisini dəqiq atəşlə məhv etmiş snayper
Zeynal Zülfüqarlı: Xocavənd döyüşləri zamanı şəhid oldu