2021/05/5fad2-3240148820.jpg

line
Adı: Əhmədov
Soyadı: Emil
Ata adı: Bahadur
Doğum tarixi: 26.11.1983
Şəhid olub: 31.10.2020
Rütbəsi: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı
Müharibə Yer üzünün ən böyük fəlakətidir. Elə bir fəlakət ki, hər dünyadan köçən can bir çırağı söndürür. Amma bir xalq ki hər şeyə rəğmən sonda "Təki Vətən sağ olsun!" deyirsə, deməli, həmin xalq qalibiyyətə layiq xalqdır. Şəhid valideynləri bayrağa sığınaraq, bayrağı bağrına basaraq hönkürsələr də, onların gözlərində bir məğrurluq, bir fəxarət hiss olunurdu. Çünki onlar canını Vətənə fəda edən övlad böyütmüşdülər. Belə igid, qorxmaz qəhrəmanlarımızdan biri də İkinci Qarabağ savaşında şəhid olan Emil Əhmədovdur.

Vətən müharibəsinin cəsur giziri tankçı Əhmədov Emil Bahadur oğlu döyüşün ilk günlərindən öz cəsurluğu ilə seçilib.

Emil Əhmədov 1983-cü il,noyabrın 26-da Zəngilanda anadan olub.O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il,noyabrın 1-də Füzuli rayon Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.
Qəhrəman şəhid, tankçı-gizir Əhmədov Emil Bahadur oğlu "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı , "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı,
Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Vətən uğrunda" medalı (ölümündən sonra), "İgidliyə görə" medalı (ölümündən sonra), "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra), "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra), "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) medalları ilə təltif olunub.

Emilin atası birinci Qarabağ müharibəsində Zəngilanın işğalı zamanı şəhid olub. İgid oğul atasının qisasını alıb.

Döyüş yoldaşları deyir ki, əslən Zəngilandan olan Emil ordumuzla Zəngilanı işğaldan azad edəndə ilk anasına zəng edib-" Ana, Vətəndəyəm!" deyib.


Şəhidin anası Esmira Əhmədova : Həyat yoldaşım Bahadur Əhmədovla biz vətəndən kənarda yaşayırdıq. Bahadur Polşada hərbi xidmətdə ikən I Qarabağ Müharibəsi başlandı. Bahadur dedi: “Mən evə qayıtmalıyam!” İki övladımız vardı. Vətənə qayıtdıq. 1993-cü ildə Bahadur Zəngilan uğrunda gedən döyüşlərdə ağır yaralandı, sonra itkin düşdü. Onda Emilin 13 vardı. Uşaq hamının qabağında and içdi ki, atamın intiqamını alacağam. Orta məktəbi bitirdikdən sonra Emil başqa sənət sahəsində çalışsa da, sonra verdiyi vəd həyat yolunu dəyişdi. Altı ay hərbi təhsildən sonra üç il tank alayında xidmət etdi. Sonra gizir olmaq üçün təhsil aldı. Tankçı kimi xidmətə başlayan oğlum tank alayının komandiri oldu. Emil mənim oğlum idi, indi xalqın oğludu. O, atasının simasında ataların, anasının simasında anaların intiqamını aldı. Ürəyimdə hər an onunla danışıram. Sevinirəm ki, vətənimiz uğrunda şəhidim var! Fəxr edirəm ki, şəhid xanımı, şəhid anasıyam!


Şəhid bacısı Elnarə xanım : "Qardaşımla, məhz torpaqlarımız uğrunda şəhid olması ilə fəxr edirəm. O, hər an mənimlədir. Bəli, biz prezidentimizə heyranıq. Hər çıxışını səbirsizliklə gözləyirik. Yeganə prezidentdir ki, torpaqlarını bu cür mərdliklə alır."

Şəhidin böyük əmisi Əhmədov Əli Qadir oğlu : " Emil İkinci Qarabağ müharibəsi başlayandan tank alayının komandiri kimi cəbhə bölgələrində - Zəngilanda, Cəbrayılda, Qubadlıda, Füzulidə əks-hücum mübarizəsində iştirak etdi. Çox mədəni oğlan idi. Hamıya çox xoş münasibət bəsləyirdi. 15 gün qabaq mənə bir şad xəbər verdi. Dedim ki, babanın evini tanıyırsansa, get, həyətimizdə bulaq var, onun suyundan iç... Nəslimizdə hərbçi çoxdur. Biz hamımız canımızı Vətənimizə, Ali Baş Komandanımıza qurban verməyə hazırıq."