«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" medalı Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 605-IIIQ Qanunu ilə təsdiqlənib. Bu medalla 2008-ci il iyunun 26-dək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata, yaxud istefaya buraxılmış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabitlər təltif edilirlər.
«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalına layiq görülən qəhrəmanlarımız
Sənan Axundov: Dostunu xilas edib, özü şəhid olan polkovnik-leytenantın həyat hekayəti
Toğrul Fərəczadə: Aprel döyüşləri zamanı Şəhid olan gizir
Rasim Məmmədov: Cəhridən Lələtəpəyə, Lələtəpədən əbədiyyətə
Raquf Orucov: Əsgərinin ayağını yuyan polkovnik
İnqilab Quliyev : Oğlunun toyuna hazırlaşırdı,şəhid xəbəri gəldi
Vüqar Yusifov: Aprel döyüşlərinin ən yüksək rütbəli şəhidi
Əfqan Abdurahmanov: Əsgərlərini övladları sayan polkovnik-leytenant
Elçin Alıyev: 12 medallı qəhrəman mayor
Qərib Baxşəliyev: Son gülləsini özünə vuran polkovnik-leytenant
Elbrus Bayramov: Vətən Müharibəmizin qəhrəman mayoru
Vaqif Bayramov: Qardaşı şəhid olmuşdu, özü də şəhidliyə ucaldı
Ramiz Cəfərov: “Qartal” ləqəbli Şuşa fatehi
Zaur Cəfərov: "Qarabağı can-qan bahasına geri qaytarmaq lazımdır" deyən polkovnik-leytenant
Ruslan Cəfərov: Hadrut uğrunda canından keçən mayor
Dursunov Fərid: "Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə birgə Qalatasaray bayrağını da asın"
Cəfərov Etibar: Prezidentin 7 medalla təltif etdiyi şəhid
İlkin Əhədzadə: “Sizi yetim qoyduğum üçün məni bağışlayın...“
Yasən Əhmədov: Ömrünün 25 ilini orduya həsr etdi
Vidadi Əhmədov: Onun üçün Vətən anlayışı hər şeydən uca idi
Emil Əhmədov: Atasının qisasını alan şəhid gizir
Fərid Ələkbərov: Təlimə gedirəm deyərək ön cəbhəyə yollandı
Anar Əliyev: Zəngilanın azad edilməsini prezidentə məruzə edən şəhid komandir
Atəm Əliyev: Vətən müharibəsində şəhid olan polkovnik-leytenant
Asiman Əliyev: Şuşada şəhid oldu, iki gün sonra müharibə bitdi
Rəşad Əliyev: Şuşa döyüşlərinin xüsusi təyinatlısı
Rüfət Əsgərov: 24 ermənini məhv edən şəhid mayor
Novruz Əsgərov: Suqovuşan döyüşlərinin şəhid mayoru
Elnur Hacıyev:"Əsgərimi döyüş meydanında qoyub, geri çəkilsəm, mənim adım, şərəfim nə olar?!"
Amid Heydərov: "Şuşa - son mənzilimiz!" - Lələtəpəyə çıxan ilk tankçı
Həmdəm Ağayev: "Azərbaycan Bayrağı" ordenli polkovnik-leytenant
Elşad Həsənov: Göyçə həsrətindən Qarabağ şəhadətinə
Fərrux Həşimov: Doğulduğu rayonu azad edən xüsusi təyinatlı
Rəhim Hüseynov: NATO-nun mükafatlandırdığı ilk və tək azərbaycanlı
Aqşin İbadov: Şəhadətindən öncə qızına məktub yazdı
Xeyrulla İbrahimov: "KOBRA" ləqəbli artilleriya canavarı
Bəhruz İbrahimov: 10 yaşında didərgin salındığı Füzuliyə 37 yaşında tank üstündə qayıtdı
Samid İmanov: Yaralı giziri xilas etmək üçün özünü qurban verən Milli Qəhrəman
Rəfail İşiyev: Yaralansa da 3 dəfə BMP ilə döyüşlərə qatılıb
Samir İslamov: Vəzifə borcunu şərəflə yerinə yetirən kapitan
Fuad İsmayılov: Şərəfini hər şeydən uca tutan zabit
Namiq Mayılov: Tankı ilə şəhidliyə doğru gedən Baş leytenant
Mərdan Mehdizadə: "Qarabağ" ordenli şəhid baş miçman
Elməddin Meydanov: Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı
Aqil Məlikov: Düşməndən qisasını alaraq şəhidlik zirvəsinə ucalan mayor
Sadiq Məmmədov: Toy günündə bəy kostyumunu hərbi formaya dəyişdi
Soltan Məmmədov: Ürəyindən vurulan şəhid polkovnik-leytenant
Əlövsət Məmmədov: Əsgərləri ilə çiyin-çiyinə döyüşən mayor
Anar Məmmədov: Vətəni üçün canını fəda edən cəsur zabit
İbrahim Məmmədov: Hadrut və Füzulidə bayraq qaldıran qəhrəman
İlqar Mirzəyev: Azərbaycanın igidlik simvolu
Murad Mirzəyev: Talış kəndi ətrafında yüzlərlə ermənini məhv edən qəhrəman
Təbriz Musazadə: Aprel döyüşlərinin Şəhid pilotu
İlyas Nəsirov: Özündən böyük yoldaşları da ona “dayı” deyərdilər
Zaur Nudirəliyev: Əsir düşməmək üçün döyüş təyyarəsini düşmən səngərinə çırpan polkovnik
Çoban Nurmətov: "Kəşfiyyatın ürəyi" ləqəbli şəhidimiz
Elşən Orucov: İzi qalan qəhrəman
Nail Orucov: 21 ildən sonra arzusuna çatan polkovnik-leytenant
Mühüd Orucov : “Ya general olacağam, ya da şəhid”
Şixamir Qaflanov: Bir bəbir kimi...
Ramiz Qasımov: Vətən müharibəsinin dəmir qanadlı qəhrəmanı
Abbas Qasımov: Vətən müharibəmizin ilk şəhidlərindən biri
Sənan Qasımov: “4 aylıq körpəsi ilə sadəcə 3 gün birlikdə oldu”
Elvin Qeybəliyev: Ata-anasız,özü 5 övlad atası olan kapitan
Mehman Qənbərov: 2 övladı Vətənə əmanət qalan polkovnik-leytenant
Vüsal Quliyev: Döyüşə girməzdən əvvəl yeni doğulacaq körpəsinə ad verən şəhid kapitan
Elnur Quliyev: İlanlı dağa bayrağımızı sancan şəhid mayor
İlqar Quliyev: Füzuli döyüşlərinin şəhid mayoru
Rəşad Quliyev : “Ya şəhid, ya qəhrəman kimi dönəcəyəm”
Tapdıq Qurbanəliyev: Oğlunun birinci sinfə getməsini görə bilmədi...
Babək Ramaldanov: Əsgərlərinə hər zaman irəli yox, arxamca deyən qərargah rəisi
Əbülfəz Rəhmətov: 7 ay sonra nəşi tapılan şəhid kapitan
İlham Rəşidov: Murov zirvəsini fəth edən şəhid kəşfiyyatçı
Ruslan Sadıqov:Şuşa uğrunda döyüşlərdə şəhid olan DİN-in baş çavuşu
İlkin Rzayev: “Murov aslanı” ləqəbli Vətən Müharibəsinin şəhidi
Rəşad Sadıqov: Ata yurdunu düşmən tapdağından azad edən şəhid polkovnik-leytenant
Yaşar Sadıqov: Ermənilərin haqqında reportaj yaydığı Şəhid
Anar Şükürov: "Vətən Müharibəsi Qəhrəmanı" medalı alan mayor
Emin Süleymanov: Murovdağ, Şuşa, Daşaltı əməliyyatlarında iştirak edən mayor
Ruslan Tağıyev: Şəhid polkovnik-leytenant
Pəncəli Teymurov: Özünə şəhidlik arzulayan gizir
Toğrul Bərxudarov: Müharibənin ilk anlarından qabağa gedən şəhid mayor
Urfan Vəlizadə: Sinif yoldaşı ilə 11 il sonra evləndi, sevgisini dərman qutularına yazdı
Vüsal Muradov: Füzulidə şəhid olan 4 uşaq atası