Tapdıq Qurbanəliyev 1978-ci il dekabrın 21-də Şəki rayonunun Aydınbulaq kəndində anadan olub. 1998-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.
Vətən müharibəmizdə Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 30-da Tərtər rayonu Çaylı kəndi istiqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanaraq, həlak olub.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerərkən mərdlik və igidlik göstərməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Ailəli idi. 2 övladı yadigar qaldı.
2021-ci ilin sentyabrında şəhid gizirimizin oğlu Nurlan Qurbanəliyev Mingəçevir şəhərində 14 saylı tam orta məktəbin birinci sinfinə gedib.