Elçin Bayram oğlu Alıyev 1975-ci il iyulun 16-da Qubadlı şəhərində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin mayoru Elçin Alıyev Vətən müharibəsi zamanı Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda döyüş əməliyyatlarına rəhbərlik edib. Noyabrın 9-da Şuşa döyüşləri zamanı qəhəmancasına şəhid olub. Elçin Alıyev II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin möhkəmləndirilməsində xidmətlərinə, döyüş hazırlığında qazandığı uğurlarına görə "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları, eləcə də "Qüsursuz xidmətə görə" 3-cü və 2-ci dərəcəli medallara layiq görülən Mayor Elçin Alıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.