Əmirov Anar Allahverdi oğlu - 29 dekabr 2000-ci ildə Sabirabad rayonu, Bulaqlı kəndində anadan olub.
Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Anar 2018-ci ildə Sabirabad rayonu Şəhriyar qəsəbəsində fəaliyyət göstərən Cəbrayıl rayon 12 saylı tam orta məktəbini bitirib. 2019-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb.
Cəlilabad rayonu N saylı hərbi hissədə xidmətini başa vurduqdan sonra orada qalıb müddətdən artıq xidmət etməyə qərar verib. 15 oktyabr 2020-ci il tarixdə Respublikamızın ərazi bütövlüyü uğrunda gedən İkinci Qarabağ savaşında Zəngilan rayonu istiqamətindəki döyüşlər zamanı qəhrəmancasına döyüşərək Şəhid olub. Füzuli rayonu Qazaxlar kənd məzarlığında dəfn edilmişdir. Subay idi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Anar Əmirov ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı", “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” və “Şücaətə görə” medalıları ilə təltif edilib.