2021/05/13024-1621886722.jpg

line
Adı: Nofəl
Soyadı: Behbudov
Ata adı: Həmid
Doğum tarixi: 07.06.2001
Şəhid olub: 08.11.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Cəsur döyüşçü» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
Nofəl Həmid oğlu Behbudov 2001-ci il, iyunun 7-də Goranboyun Səfikürd kəndində anadan olub. 2019-cu ilin iyul ayında hərbi xidmətə yollanıb. Azərbaycan Ordusunun əsgəri olan Nofəl Behbudov 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində Kəlbəcər, Cəbrayıl, Füzuli və Şuşanın işğaldan azad olunmasında fəal iştirak edib.

2020-ci il noyabrın 8-də Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən gülləsinə tuş gəlib və aldığı yaradan şəhid olub. Bundan 3 ay əvvəl Nofəlin qardaşı da avtoqəzada dünyasını dəyişmişdi...

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nofəl Behbudov ölümündən sonra “Cəsur döyüşçü”, " Vətən müharibəsinin iştirakçısı", “Kəlbəcərin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” (3-cü dərəcəli) medalları ilə təltif edilib.