2021/05/ibrah-1621939167.jpg

line
Adı: Məmmədov
Soyadı: İbrahim
Ata adı: Nakam
Doğum tarixi: 03.04.1985
Şəhid olub: 25.10.2020
Rütbəsi: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı
Şəkidən olan qəhrəman hərbi xidməti başa vurandan sonra xüsusi təyinatlı qüvvələrdə xidməti özünə amal seçib, vətən torpaqlarını düşməndən təmizləyəcəyinə and içib. Uzun illər xüsusi təyinatlı qüvvələrdə gizir kimi xidmət edən İbrahim Məmmədov peşəkar hərbçi kimi bır sıra xüsusi əməliyyatların iştirakçısı olub. Aprel döyüşlərində də çətin döyüş tapşırığını uğurla başa vuraraq sağ-salamat geri qayıdıb. Xüsusi bacarıqları, güclü iradəsi və düşmənə qarşı amansız olmasına görə İbrahim xidmət etdiyi yerdə "canavar" ləqəbi ilə tanınıb və sevilib.

İbrahim Nakam oğlu Məmmədov 1985-ci il aprelin 3-də Şəki rayonunda anadan olub. 1991–2002-ci illərdə 20 saylı Şəki şəhər tam orta məktəbində təhsil alıb. Ailəli idi. İki övladı yadigar qaldı.

İbrahimin sonrakı fəaliyyəti bütünlüklə hərb ilə bağlıdır. Xüsusi təyinatlı dəstənin giziri olaraq 2010-cu ildə Türkiyədə Birleşik Özel Kuvvet Eğitimi və tərtibatında iştirak edib.Uzun illər xüsusi təyinatlı qüvvələrdə gizir kimi xidmət edən İbrahim Məmmədov peşəkar hərbçi kimi bır sıra xüsusi əməliyyatların iştirakçısı olub. Aprel döyüşlərində də çətin döyüş tapşırığını uğurla başa vuraraq sağ-salamat geri qayıdıb. Xüsusi bacarıqları, güclü iradəsi və düşmənə qarşı amansız olmasına görə İbrahim xidmət etdiyi yerdə "canavar" ləqəbi ilə tanınıb və sevilib.

Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda da ilk gündən Füzuli istiqamətində cəbhə xəttinin yarılması və ordumuzun rahat irəliləməsi üçün döyüş yoldaşları ilə birgə çətin xüsusi əməliyyatları uğurla nəticələndirib. Ermənilərin xüsusi əhəmiyyət verdiyi Hadrut qəsəbəsinin azad olunması ilə bağlı qondarma rejimin rəhbəri Araik Aratunyanın "1500 nəfər erməni əsgəri 10-15 Azərbaycan xüsusi təyinatlısının qabağından qaçdı" ifadəsi də İbrahim və onun döyüşçü yoldaşları haqqında deyilib. Məhz bu qəhrəmanlığına görə oktyabrın 9-da Hadrutda Azərbaycan bayrağı qaldıran hərbçilərdən biri də İbrahim Məmmədov idi.

Hadrutdan sonrakı döyüşlərdə göstərdiyi xüsusi rəşadət və şücaətinə görə oktyabrın 17-də Füzulidə Azərbaycan bayrağını yüksəltmək, eləcə də Ali Baş Komandana bu şəhərin azad olunmasını məruzə etmək də ona həvalə edilib.

Onun döyüş yoldaşı olan qazi Ülfət Həsənov bildirir ki, İbrahim Məmmədov hər zaman cəsarəti ilə seçilib və çox çətin əməliyyatları uğurla başa çatdıran peşəkar hərbçi olub.

Döyüş yoldaşlarının dediyinə görə, xidməti müddətində, eləcə də son Vətən müharibəsində İbrahimin məhv etdiyi erməni hərbçilərinin sayı 100-dən çox olub. İbrahimin son döyüşü isə oktyabrın 25-də Laçın istiqamətində olub. Xüsusi əməliyyatı icra edərkən qəhrəman gizir boynundan yaralanaraq şəhid olub və Şəkidə şəhidlər üçün ayrılmış yerdə dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İbrahim Məmmədov bir sıra medallarla təltif edilib:

(26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
(26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(18.12.2020) — "İgidliyə görə" medalı (ölümündən sonra)
(29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
(29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)


Şəhidin atası Nakam Məmmədov və qardaşı Fuad Məmmədov onun igid bir döyüşçü olması ilə fəxr edirlər.

Həyat yoldaşı Aynur Məmmədova isə deyir ki, İbrahimin getdiyi əməliyyatlar nə qədər çətin və təhlükəli olsa da, heç zaman onu ailəsində hiss etdirməyib.

Gizir İbrahim Məmmədovun yadigarı olan iki övladı da atalarını sevgi dolu, qayğıkeş bir insan kimi xatırlayır və onun üçün darıxdıqlarını bildirirlər.

Şəhidin həyat yoldaşı Aynur Məmmədovanın sözlərinə görə, İbrahimin arzusu o idi ki, uşaqları yaxşı təhsil alsın və Azərbaycana layiq övladlar kimi böyüsünlər. O, İbrahimlə fəxr etdiklərini və onun son arzusunu yerinə yetirmək üçün çalışacağını bildirir.