2021/05/Zeyna-1621974560.jpg

line
Adı: Zülfüqarlı
Soyadı: Zeynal
Ata adı: Alim
Doğum tarixi: 31.05.1995
Şəhid olub: 19.10.2020
Rütbəsi: Kiçik gizir
Təltifləri
«Rəşadət» ordeni«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Zeynal Zülfüqarlıdır.


Zeynal Alim oğlu Zülfüqarlı 1995-ci il mayın 31-də Şirvan şəhərində anadan olub.

Azərbaycan Ordusunun kiçik giziri olan Zeynal Zülfüqarlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zeynal Zülfüqarlı oktyabrın 19-da Xocavənd döyüşləri zamanı şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Zeynal Zülfüqarlı ölümündən sonra bir sıra medallarla təltif edilib.

1.“Rəşadət” ordeni;
2.“Vətən uğrunda” medalı;
3.“İgidliyə görə” medalı;
4.“Füzulinin azad olunmasına görə” medalı;
5.“Cəbrayılın azad olunmasına görə” medalı;
6.“Kəlbəcərin azad olunmasına görə” medalı;
7.“Vətən müharibəsi iştirakçısı” medalı.