2021/05/12bb5-1621975458.jpg

line
Adı: Qarayev
Soyadı: Təhmasib
Ata adı: Hikmət
Doğum tarixi: 18.05.1996
Şəhid olub: 22.10.2020
Rütbəsi: Mahhxhq çavuş
Təltifləri
«Rəşadət» ordeni«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Təhmasib Qarayevdir.

Təhmasib Hikmət oğlu Qarayev 1996-cı il mayın 18-də Ağcabədi rayonunun Kəbirli kəndində anadan olub.

2003-cü ildə M.Ə.Sabir adına Kəbirli kənd tam orta məktəbin birinci sinfinə daxil olub. Həmin məktəbi 2013-cü ildə bitirdikdən sonra Sumqayıt Dövlət Unversitetinin İqtisadiyyat və İdarəetmə fakultəsinə daxil olub. 2017-ci ildə həmin Unversiteti bitirdikdən sonra Xüsusi təyinatlı qüvvələdə xidmətə başlayıb. Xidməti bitirdikdən sonra yenidən kurslara qatılıb xidməti davam etdirərək Gizir rütbəsini alıb.

Azərbaycan Ordusunun çavuşu olan Təhmasib Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlı azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Çiyin-çiyinə döyüşdüyü hərbçi yoldaşlarının dediyinə görə 22 oktyabr 2020-ci ildə Qırmızı bazar deyilən ərazidə gedən qızğın döyüşlər zamanı qəhrəmancasına şəhid olub. 23 oktyabr 2020-ci ildə Ağcabədi rayon Kəbirli kənd qəbirstanlığında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Təhmasib Qarayev ölümündən sonra bir sıra medallarla təltif edilib.

1.“Rəşadət” ordeni;
2.“Vətən uğrunda” medalı;
3.“Kəlbəcərin azad olunmasına görə” medalı;
4.“Cəbrayılın azad olunmasına görə” medalı;
5.“Vətən müharibəsi iştirakçısı” medalı.