2021/05/Fuad_-3243955968.jpg

line
Adı: Haşımov
Soyadı: Fuad
Ata adı: Ceyhun
Doğum tarixi: 01.09.1996
Şəhid olub: 22.10.2020
Rütbəsi: Mahhxhq əsgər
Təltifləri
«Rəşadət» ordeni«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında Fuad Haşımov da var. Fuad Ceyhun oğlu Haşımov 1996-cı il sentyabr ayının 1-də Abşeron rayonunun Digah qəsəbəsində anadan olub.

2002-ci ildə Abşeron rayonu S.Məmmədov adına Digah qəsəbəsi tam orta məktəbinin birinci sinfinə daxil olub, 2013-cü ildə isə həmin məktəbi müvəffəqiyyətlə bitirib. 2006-cı ildə "Zəngəzur" PFK klubuna daxil olub, 2007-ci ildə "Sabahın ulduzları" Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə 10–16 yaşlı uşaqlar arasında keçirilən Bakı birinciliyində iştirak edib. 2008-ci ilin noyabr ayında futbol üzrə klub-komanda birinciliyində II dəstədə II yerə layiq görülüb. 2014-cü ildən 2018-ci ilə qədər isə "Neftçi" PFK futbol klubu ilə müqavilə imzalayıb.


2018-ci ilin oktyabr ayının 1-də hərbi xidmətə çağırılıb, "N" saylı hərbi hissənin istehkam bölüyündə xidmət edib. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı,təşəbbüskar, hərbi nizamnamələrin və qanunların tələblərini layiqincə dərk edən, komandirlərin və rəislərin əmr və göstərişlərini vaxtında düzgün və dəqiq yerinə yetirən, beləliklə də hərbi xidmətə vətəndaşlıq borcu kimi münasibət göstərən, hərbi qulluqçu kimi tanıtdırıb. 2019-cu ilin may ayının 27-də "N" saylı hərbi hissənin komandiri tərəfindən ailəsinə təşəkkür məktubu göndərilib. 2019-cu ilin dekabr ayında Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmək üçün "N" saylı hərbi hissəyə ezam olunub. Kursu bitirdikdən sonra 2020-ci ilin may ayından Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı istehkamçı ixtisası üzrə xidmətini davam etdirib.



2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonu istiqamətində, Murovdağ yüksəklikləri uğrunda döyüşlərdə iştirak edib. Bir müddət sonra Füzuli ,Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə şücaət göstərib. 9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Hadrutun azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Oktyabr ayının 22-də Xocavəndin Tuğ kəndində ağır yaralanıb, yaralı halda ayağa qalxaraq son damla qanına qədər vuruşaraq şəhid olub.



Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Fuad Haşımov ölümündən sonra “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.



“Balam sentyabrın 25-i evdən çıxdı, oktyabrın 25-i səhər 8-də evə tabutu gəldi. O mənə müharibədə iştirak etdiyini deməmişdi. Sonuncu dəfə onunla oktyabrın 19-u danışmışam. Dedi ki, təlim keçirəm” , bu sözləri Fuad Haşımovun anası Süsən Haşımova deyib.



Şəhid anası bildirib ki, müharibə başlayan zaman 4 gün Fuadla əlaqə saxlaya bilməyib:

“Gözüm qapıda idi. Deyirdim ki, bu saat tabutu gələcək. Onunla bağlı arzularım var idi. Deyirdim ki, "Müharibə bitsin, səni evləndirəcəyəm". Ondan bizə bir nişan da qalmadı...”

Ceyhunun atası Fuad kişi balası haqqında fikirlərini bölüşür:

“Uşaqlıqdan yaxşı övlad olub. Mən futbol azarkeşiyəm, ona görə onu da yazdırdım futbola. İdmanla məşğul olurdu, düz 12 il futbolçu oldu. Müqavilə bağlaya bilmədi, hərbi xidmətə çağırıldı. Hərbi xidmətdən sonra Xüsusi Təyinatlı Qüvvələrdə qalmaq istədi. Dedim, oğul, seçim sənindir. Getdi öz gücü ilə imtahan verdi, idmançı idi axı”.



24 yaşlı şəhidin atası Ceyhun Haşımov oğlu haqda danışarkən bildirib ki, oğul vətəni qorumaq üçün gərəkdir:


“Oğlum kəşfiyyatçı idi. Xüsusi təyinatlılarda xidmət edirdi, elə müharibədə də öndə məhz onlar olublar. Sentyabrın 27-dən müharibəyə qatıldılar. Murovdan başlayıb Xocavəndin Tuğ kəndinə qədər döyüş yolu keçib. Güllə yarasından şəhid olub. Güllə yarası alıb, 3 saat əziyyət çəkib. Yaralı halda düz bir saat döyüşüb, çox qan itirdiyindən yaşada bilməyiblər. Allah heç bir ataya balasını çiyninə qoyub, aparıb dəfn etməyi qismət etməsin...



Həyatın qanunu belədir. Kişi dünyaya bir dəfə gəlir, bir dəfə də gedir. Dedi ki, "Ata, məndən nigaran olma. Oğlan uşağının borcu odur ki, ana və bacılarının qeyrətini çəksin". Şəhid xəbərini alan gün gördüm ki, bütün qohum-əqraba təşviş içindədir. Dedilər yaralanıb, ağırdır. İnanmadım. Dedim ki, uşaq deyiləm. Oğlum şəhid olub. O, Vətən uğrunda şəhid olub... "