Azərbaycan Ordusunun əsgəri kimi 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib.
20 yaşlı əsgər İkraməddin 2019-cu il oktyabrın 2-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsindən Milli Ordu sıralarına yola düşmüşdü. Əsgər kimi evdən çıxan İkraməddin doğma kəndinə bütün el-obanın fəxri kimi qayıtdı.
İkraməddin Arazov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Nəhayət, şəxsiyyəti DNT analizinin rəyindən sonra məlum olub. 2021-ci il yanvarın 15-də torpağa tapşırılıb.
İkraməddin Arazov Urva kəndinin Vətən Müharibəsindəki 4-cü şəhidi idi. Bundan əvvəl kənd sakinləri
Vadim Ələsgərov ,
Cumart Əlimuradov və
Mayıl Kürəbəyov da Vətən müharibəsindən kəndə şəhid kimi dönüblər.