Toğrul Bərxudarov 1987-ci il iyunun 30-da Gəncə şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.
Azərbaycan Ordusunun mayoru olan Toğrul Bərxudarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Toğrul Bərxudarov sentyabrın 30-da şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Bərxudarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Digər təltifləri
III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
II dərəcəli "Qüsursuz xidmətə görə" medalı
"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
"Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
"Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra)