2021/01/465px-16112399980.jpg

line
Adı: Vəlizadə
Soyadı: İbrahim
Ata adı: Malik
Doğum tarixi: 02.04.1997
Şəhid olub: 06.10.2020
Rütbəsi: Leytenant
Təltifləri
«Rəşadət» ordeni«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Şəhid İbrahim Malik oğlu Vəlizadə 1997-ci ildə aprelin 2-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.

2018-ci ildə Ali Hərbi məktəbi bitiribdikdən sonra leytenant kimi Xüsusi Təyinatlılar Bölüyündə xidmətə başlayıb. Müharibə başlayan gündən ön sıralarada döyüşən qəhrəmanımız Murovdağ, Suqovuşan istiqamətində bir çox yərlərdə döyüşüb. Murovdaga ilk bayraq sancanlardan olub.

Oktyabr ayının 6-da Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralı yoldaşını çıxararkən, snayper gülləsinə tuş gəlir. İlk qarnın nahiyyəsindən, sonra isə başından vurulur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İbrahim Malik oğlu Vəlizadə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması” medalı və 3-cü dərəcəli “Rəşadət ordeni” ilə təltif olunub. Ailəlidir, 1 övladı var. Övladına şəhid Fərid Əhmədovun adını verib.

Şəhid İbrahim Vəlizadə oğlunu dünyaya gələndən sonra cəmi 1 dəfə görüb. Şəhidlik zirvəsinə ucalmamışdan əvvəl həyat yoldaşına kaş oğlumu bir dəfə də qucaqlaya, öpə biləydim deyib. Vətənə olan sevgisi toyunda da özünü gösdərib. Şadlıq sarayına vağzalı ilə deyil, Azərbaycanın Dövlət Himni ilə daxil olur, masasında başları üzərindən Azərbaycan bayrağını asdırır.

Oktyabrın 6-da şəhid olan qəhrəmanımızın nəşi noyabrın 30-da yoldaşının ad günündə ailəsinə təhvil verilir.

memorial.az