2021/01/12727-4834414947.jpg

line
Adı: Şirəliyev
Soyadı: Niyət
Ata adı: İmran
Doğum tarixi: 09.02.1990
Şəhid olub: 28.09.202
Rütbəsi: Kapitan
Təltifləri
«Rəşadət» ordeni«Cəsur döyüşçü» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
Vətən - Anadır... Analar oğul gətirər dünyaya, min bir naz-nemətlə, əzab-əziyyətlə böyüdər və keşiyində duracaq bir əsgər yetişdirər. Həmin oğullardır ki, gözümüzün kökünü saraldan həsrət qoxulu Vətən torpaqlarımıza geri qaytardılar bizi. Ana bildikləri Vətən uğrunda canlarından keçərək ən uca zirvəyə , şəhadətə ucaldılar. O zirvəni fəth edənlərdən biri də Niyət Şirəliyevdir...

Niyət Şirəliyev 1990-cı ildə Şamaxı rayon, Ovculu kəndində anadan olub. O hələ orta məktəb illərindən qəlbindəki vətənpərvərlik hissləri ilə yaşıdları arasında seçilib. Bunun nəticəsidir ki, orta məktəbdən sonra hərbi təhsil alaraq zabit kimi ordu sıralarına qoşulub və Vətənin keşiyində durmağa başlayıb.

Hərb işinə, hərbi sirrə və xüsusən də özündən yuxarı komandir heyyətinə sadiq olduğu kimi, tabeliyində olan əsgərlərə də hərbini sevdirməyi bacarıb kapitan Şirəliyev. 2020-ci ildə Vətən müharibəsi başlayanda o da digər silahdaşları kimi ön cəbhəyə yollanıb. Səngərlərdə düşmənin canlı qüvvəsi və texnikasının məhv edilməsində böyük şücaətlər göstərərək qəhrəmancasına şəhid olub.



Yaşasaydı sevdikləri ilə 31-ci yaşını qeyd edəcəkdi. Amma o Vətəni seçdi və bu yolda canını fəda etdi. Müharibə zamanı vaxt tapdıqca ara-sıra ailəsi ilə əlaqə saxlayar, hər şeyin yaxşı olduğunu deyərmiş. Belə zənglərdən biri də sentyabrın 26-sı çalınıb Şirəliyevlər ailəsində. Həyat yoldaşı ilə danışan şəhidimiz şəhadət şərbətinin tamını alırmış kimi uşaqlarını əmanət edib, ailəsi ilə vidalaşıb.

Bu, onun son zəngi olub. Cəsur kapitan rəhbərlik etdiyi şəxsi heyyətlə birgə Kəlbəcər ərazisində yerləşən bir sıra yüksəkliklərin düşmən tapdağından azad edilməsində əvəzsiz xidmətlər göstərib, son damla qanına qədər qəhrəmanlıqla vuruşub. Niyət Şirəliyev sentyabrın 27-si şiddətli döyüşlərin birində şəhadətə yüksəlsə də nəşi 86 gün sonra tapılaraq Şamaxının Şəhidlər xiyabanında dəfn edilib. Niyətdən geriyə isə Vətənə əmanət iki övladı qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Niyət Şirəliyev ölümündən sonra “Rəşadət” ordeni, “Kəlbəcərin azadlğı uğrunda”, “Vətən müharibəsi iştirakçısı” “Cəsur döyüşçü” medalları ilə





memorial.az