2024/01/senan-1706372544.jpg

line
Adı: Qasımov
Soyadı: Sənan
Ata adı: Fərman
Doğum tarixi: 07.03.1991
Şəhid olub: 20.09.2023
Rütbəsi: Mayor
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Vətən müharibəsi iştirakçısı» medalı
Qasımov Sənan Fərman oğlu 1991-ci mart ayının 7-də Samux rayonunun Lək kəndində dünyaya gəlib.

Samux rayonu , Lək kənd orta məktəbində təhsil aldıqdan sonra, Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olmuş və oranı uğurla bitirmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qasımov , Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” , “Vətən uğrunda medalları və III dərəcəli "Vətənə xidmətə görə ordeni" ilə təltif edilmişdir.

Ailəli idi, 3 övladı yadigar qalıb.