2024/01/qeyb3-1706455940.jpg

line
Adı: Qeybəliyev
Soyadı: Elvin
Ata adı: Ağalar
Doğum tarixi: 22.06.1986
Şəhid olub: 20.09.2023
Rütbəsi: Kapitan
Təltifləri
«Azərbaycan Bayrağı» ordeni«Vətən uğrunda» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (II dərəcə)«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)
Qeybəliyev Elvin Ağalar oğlu 22 iyun 1986-cı ildə anadan olub. 2004 cü ildən ordu sıralarında olan Elvin Qeybəlıyav ömrünün 18 ilini hərb sənətinə həsr edib. Vətən müharibəsində Murovdağdan Şuşaya qədər şərəfli döyüş yolu keçmiş Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin mənsublarının yetişdirilməsində böyük rolu olub.

Elvin Qeybəlıyev 2021 ci ildə ehtiyata buraxılsa da, hərbçi həyatından ayrıla bilmir. 2022 ci ildən Komando mənsubu olaraq yenidən qoşunlara qayıdır.

Elvin Qeybəliyev 23 saatlıq antiterror tədbirlərində də müstəsna fəaliyyəti olub.

Şəhid kapitanın tapşırığı Xocavənd istiqamətində hakim yüksəkliyi götürüb və əldə saxlamaq idi.

Elvin Qeybəliyevin heyəti düşməni məhv edir, digərlərini isə qaçmağa vadar edir.

Ermənilər yüksəkliyi götürmək üçün nə qədər əks hücum etsələr də, buna nail ola bilmirlər.

Kapitan Elvin Qeybəliyev döyüşün bitməsinə dəqiqələr qalmış mənfur düşmənin qəlpəsinə tuş gəlir. Axıra qədər döyüşən komandir son nəfəsini azad etdiyi səngərdə verir.

Kapitan Qeybalıyev Elvin ailəli idi. 5 övladı vətənə əmanət qaldı.

Qeyd edək ki,Şəhidimizin ata-anasız vaxtsız onları tərk edib. Bir bacısı var.

Şəhid kapitan Qeybəliyev Elvin Ağalar oğlu hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Azərbaycan Bayrağı” ordeni “Vətən uğrunda” medalı ilə təltif edilib.








Memorial.az