2021/09/x-1632683239.jpg

line
Soyad: Həşimov
Ad: Fərrux
Ata adı: Mirzəmməd
Doğum tarixi: 24.05.1988
Şəhid olub: 01.112020
Rütbə: Kapitan- leytenant
Təltifləri
«Qarabağ» ordeni«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı
Vətən müharibəsi qəhrəmanlarımızdan biri də Fərrux Həşimovdur.Fərrux Mirzəmməd oğlu Həşimov 1988-ci il martın 24-də Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub.

Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin "Sualtı Hücum" (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kapitan-leytenantı olan Fərrux Həşimov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.


Fərrux Həşimov noyabrın 1-də Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində gedən döyüşlər zamanı şəhid olub.



Şəhidimiz vətənə xidmət fəaliyyəti dövründə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunub.
Bundan başqa, o, Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Qarabağ" ordeni, "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.