2021/02/Scree-1612361833.jpg

line
Adı: Məmmədov
Soyadı: Cavad
Ata adı: Səfiyar
Doğum tarixi: 25.05.1980
Şəhid olub: 28.09.2020
Rütbəsi: baş leytenant
Təltifləri
«Rəşadət» ordeni«Vətən uğrunda» medalı«Hərbi xidmətlərə görə» medalı
Atam müharibə başladığı ilk andan etibarən döyüşlərdə iştirak etmək üçün ehtiyatda olan zabit kimi könüllü olaraq müraciət etmişdi. Çox vətənpərvər insan idi. Döyüşlərə getməzdən öncə atamın doğum gününü qeyd etdik. Bu, bizim birlikdə keçirdiyimiz son ad günü oldu...


Atam çox ailəcanlı bir insan idi. Heç vaxt bizdən aralı qalmazdı, hər an bizi düşünərdi. Qardaşımla mənim hər uğurumuza sevinər və dəstək verərdi.
Sentyabr ayının 20-si idi, gecə işdən evə gəldi. Bir az keçmişdi, zəng gəldi, dedilər ki, sabah tezdən hərbi komissarlıqda ol. Atam özü mühəndis idi. 2000-2002-ci illərdə xidmətdə olmuşdu. Baş leytenant idi. Ehtiyatda olan zabit kimi də hərbi xidmətə çağırıldı. Gedərkən qardaşıma son sözü bu oldu: "Anan, bacın sənə əmanət".


Son dəfə bizimlə sentyabrın 28-i telefonda danışdı. Dedi: “Şəhidlərimiz çoxdur, hər an hər şey ola bilər, hər şeyə hazır olun, özünüzə yaxşı baxın“. Qardaşım və anamla danışdı, ancaq kövrəlirdi deyə mənimlə danışmadı. Aradan 3 saat keçmişdi ki, şəhid xəbərini aldıq. Əldə etdiyimiz məlumata görə, yanında olan yoldaşları dedi ki, əsgərlərini qoruyurdu, öz canını onların uğrunda təhlükəyə atırdı. Atam öz əsgərlərini canından belə çox istəyirdi və onlara ata kimi qayğı göstərirdi. Əsgər görüb ki, minaatanlardan atəş açılır. Atam tez əsgəri itələyib, onun həyatını xilas edib, nəticədə qəlpə ona dəyib və şəhid olub. Əsgər isə yüngül yaralanıb. Atamın arzusu olub ki, qardaşım və mən ali təhsilli olaq.


Çünki atam təhsilə çox önəm verən insan idi, ilk təhsilini 1996-cı ildə Azərbaycan Dövlət Aqrar Universitetində, ikinci təhsilini isə Gəncə Dövlət Universitetində almışdı. İsmayıllı rayonunda 3 il kimya və biologiya müəllimi işləyib. Əvvəl İsmayıllı rayonunda qalırdıq, 2007-ci ildən Gəncə şəhərinə köçdük. Qardaşım və mən universitetə qəbul olanda çox sevinmişdi. Atamın bizimlə bağlı sonsuz xəyalları var idi. Biz də həmişə atamızla fəxr edirik. O, Azərbaycanın doğma torpaqlarının azadlığı uğrunda canından keçən cəsur bir insan olub.



Atam işdən gələndə həmişə qapını mən açardım, qucaqlayıb öpərdim, indi həmin günlər üçün çox darıxıram. Yalnızca şəkillərinə, videolarına baxaraq təsəlli alıram".

Şəhid baş leytenant Cavad Məmmədov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “ Rəsadət” ordeni, “Vətənə uğrunda” və“ Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.