2021/02/16086-1613392743.jpg

line
Adı: Meydanov
Soyadı: Elməddin
Ata adı: Bahaddin
Doğum tarixi: 11.09.1989
Şəhid olub: 26.10.2020
Rütbəsi: Kapitan
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi» yubiley medalı«Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi» yubiley medalı

Meydanov Elməddin Bahaddin oğlu 11 sentyabr 1989-cu ildə Şərur rayon Vərməziyar kəndində anadan olub.


1997-ci ildə Şərur rayon Vərməziyar kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 2004-2007-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. 2007-2011-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının “Sərhəd qoşunları fakultəsi”ndə hərbi biliklərə yiyələnib. 2011-ci ildən Azərbaycan Sərhədlərinin mühafizəsində xidmətə başlayıb və kapitan rütbəsinəcən yüksəlib.




27 sentyabr 2020-ci ildə başlana İkinci Qarabağ Savaşında öz döyüş yoldaşları ilə qəhrəmanlıq səlnaməsi yazan Elməddin 26 oktyabr 2020-ci il tarixində Zəngilan rayonun Ağbənd qəsəbəsinin işğaldan azad olunmasında böyük şücaət göstərmiş, elə orada da şəhidlik zirvəsinə ucalmışdır.



 Xidməti dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, "Azərbaycan Ordusunun 95 illiyi", “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” və “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley medalları ilə mükafatlandırılmışdır.



 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən kapitan Elməddin Meydanov ölümündən sonra "Vətən uğrunda" medalı və 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirməsinə görə “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
 Şərur rayon Şəhidlər Xiyabanında dəfn edilmişdir.



memorial.az